"İmişli" klubunda ciddi itki
"İmişli" klubunun əsas qapıçısı Andrey Sinenka zədələnib.
90plus.az xəbər verir ki, belaruslu qolkiper Misli Premyer Liqasının XXVI turunda "Turan Tovuz"a qarşı keçirilən oyunda sıradan çıxıb.
O, matçın 83-cü dəqiqəsində zədələndiyi üçün meydanı tərk edib və yerinə Hüseynəli Quliyev daxil olub.
Xatırlatma: Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
© Copyright 2026, All Rights Reserved