"İmişli"dən yeni transfer
“İmişli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Riad Abbaszadə bundan sonra Premyer Liqa təmsilçisinin formasını geyinəcək.
Qeyd: Bu transfer “İmişli”nin qış fasiləsində etdiyi üçüncü keçiddir. Bölgə təmsilçisi daha öncə Dioqo Kardozu və Nazim Hüseynovu heyətinə cəlb etmişdi.
© Copyright 2026, All Rights Reserved