"İmişli"nin qələbəsi sayılmayacaq - SƏBƏB

Misli Premyer Liqasının 4-cü turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazanan “İmişli” komandası üç xalı aktivinə əlavə edə bilməyəcək.
90plus.az xəbər verir ki, bölgə təmsilçisinin bu matçda texniki məğlubiyyət alması yüksək ehtimalla gözlənilir.
Buna səbəb kimi isə qarşılaşmanın 68-ci dəqiqəsində baş verən qayda pozuntusu göstərilir. Belə ki, “İmişli”nin heyətində meydana daxil olan İbrahim Əliyevin adı matçın rəsmi protokolunda qeyd olunmayıb. O, Ezekiel Morqanın əvəzinə oyuna daxil olub.
İmişli 1-0 Sumqayıt
Mehdi Cənnətov 71' (öz qapısına)
Qol: https://t.me/doxsanplus/107519
© Copyright 2025, All Rights Reserved