“İndiana Peysers” final seriyasında üstünlüyü ələ aldı

NBA final seriyasının üçüncü oyunu “İndiana Peysers”in evində — “Gainbridge Fieldhouse” arenasında keçirildi.
90plus.az xəbər verir ki, meydan sahibləri “Oklahoman Siti Tandır” üzərində 116:107 hesablı qələbə qazanaraq seriyada 2:1 üstünlüyə yüksəldi.
Tyrese Haliburton 22 xal, 11 assist və 9 ribaundla “double-double” etməyə bir addım yaxın olub. Komandanın digər üzvü Bennedict Mathurin 27 xalla gecənin ən məhsuldar oyunçusu olub. Pascal Siakam isə 21 xalla komandasına önəmli töhfə verib.
Qonaq komanda “Oklahoman Siti Tandır”da Chet Holmgren 20 xal, 10 ribaundla “double-double”a imza atsa da, bu qələbə üçün yetərli olmadı. Jalen Williams 26, Shai Gilgeous-Alexander 24 və Luguentz Dort 12 xalla oynayıblar.
Qeyd: Yeddi oyundan ibarət final seriyasında dörd qələbə qazanan komanda NBA çempionu olacaq. Seriyanın növbəti — dördüncü qarşılaşması 14 iyun şənbə günü, Bakı vaxtı ilə saat 04:30-da “İndiana Peysers”in meydanında oynanacaq.
© Copyright 2025, All Rights Reserved