“İndiana Peysers” finala bir addım da yaxınlaşdı

Amerika Basketbol Liqasında (NBA) Şərq Konfransının final mərhələsi davam edir.
90plus.az xəbər verir ki, seriyanın dördüncü oyununda “Nyu-York Niks” üzərində 130–121 hesablı qələbə qazanan “İndiana Peysers” seriyada üstünlüyü 3–1-ə çatdırdı. “Qeynbric Fildhaus” arenasında baş tutan görüşdə “Peysers” komandası Tyris Haliburton və Paskal Syakamın liderliyi ilə üstün oyun sərgilədi.
Haliburton matçda 32 xal, 15 assist və 12 ribaundla “tripl-dabl” edərək parlaq performans göstərdi. Paskal Syakam isə 30 xal, 5 ribaund və 2 assistlə komandasının qələbəsinə töhfə verdi.
“Niks” tərəfdə Ceylen Branson 31 xal, 5 assist və 2 ribaundla oynasa da, komandasını məğlubiyyətdən xilas edə bilmədi. Karl-Entoni Tauns 24 xal, 12 ribaund və 3 assist, OuCi Anunobi isə 22 xal, 4 ribaund və 1 assistlə yadda qaldı.
Seriyanın beşinci oyunu 30 may cümə günü, Bakı vaxtı ilə saat 04:00-da “Nyu-York Niks”in evində baş tutacaq.
© Copyright 2025, All Rights Reserved