Basketbol: "İndiana Peysers" əlavələrdə qalib gəldi

NBA-in Şərq Konfransı final mərhələsinin ilk oyununda "Nyu-York Niks" və "İndiana Peysers" komandaları üz-üzə gəldi.
90plus.az xəbər verir ki, "Madison Square Garden" arenasında baş tutan oyunda uzatmaya gedən qarşılaşmada "İndiana Peysers" 138-135 hesabı ilə qalib gələrək seriyada 1:0 öndə keçdi.
Qonaq komandanın ulduzu Tayris Haliburton 31 xal və 11 assistlə “double-double” edərək qələbədə əsas rol oynadı. Onun komanda yoldaşı Aaron Nesmit isə 30 xallıq əla performans göstərdi.
Ev sahibi "Nyu-York Niks"də Ceylen Branson 43 xalla parladı, lakin bu fərdi performans qələbə üçün kifayət etmədi. Komandanın digər üzvü Karl-Entoni Tauns isə 35 xal və 12 ribaundla "double-double" etdi.
Seriyanın ikinci oyunu 24 may tarixində yenidən "Madison Square Garden"da keçiriləcək.
© Copyright 2025, All Rights Reserved