"İndiana Peysers"dən son saniyə qələbəsi – final seriyasına üstün başladılar

Amerika Basketbol Liqasının (NBA) final seriyasına start verilib.
90plus.az xəbər verir ki, gərgin keçən ilk oyunda "İndiana Peysers" Tayrisi Halibörtonun son saniyədə vurduğu həlledici xal sayəsində "Oklahama Siti Tandır" üzərində 111-110 hesabı ilə qalib gəlib və seriyada 1:0 önə keçib.
"Oklahama Siti Tandır"ın ev sahibi olduğu "Paycom Center"də keçirilən qarşılaşmada ilk yarıda üstünlük təşkil edən meydan sahibləri ikinci hissədə oyunun gedişatını rəqibinə təhvil verməli oldular.
Qarşılaşmanın taleyini həll edən sonuncu hücumda oyunun bitməsinə cəmi 0.3 saniyə qalmış "İndiana Peysers"in oyun qurucusu Tayris Halibörton rəqib səbətinə dəqiq zərbə endirərək komandasına vacib qələbə qazandırdı.
"İndiana Peysers"də Pascal Siakam 19 xal və 10 ribaundla "double-double" edib. Obi Toppin 17, Myles Turner isə 15 xallıq töhfə verib.
"Oklahama Siti Tandır"da isə Shai Gilgeous-Alexander-in 38 xal, 5 ribaund və 3 asistlik performansı qələbə üçün yetərli olmadı.
Final seriyasının ikinci oyunu 9 iyun, bazar ertəsi günü, Bakı vaxtı ilə saat 04:00-da "Oklahama Siti Tandır"ın meydanında baş tutacaq.
© Copyright 2025, All Rights Reserved