İngilis nəhəngindən Arda Gülər həmləsi - İDDİA
"Real Madrid"də çıxışı ilə diqqət çəkən Arda Gülərlə bağlı transfer iddiaları artmaqdadır.
90plus.az xəbər verir ki, İngiltərə nəhəngi "Liverpul" gənc futbolçunu heyətinə qatmaq istəyir. Məlumata görə, klub rəhbərliyi baş məşqçi postuna Xabi Alonsonu gətirməyi planlaşdırır.
Bildirilir ki, Xabi Alonsoun komandaya gəlməsindən sonra əsas hədəflərdən biri Arda Gülerin transferi olacaq. Hətta ispan mütəxəssisin bu layihəni prioritet kimi gördüyü iddia edilir.
Qeyd olunur ki, tərəflər arasında ilkin razılığın əldə olunması ehtimalı da yüksək qiymətləndirilir.
Xatırlatma: Arda Güler bu mövsüm "Real Madrid" forması ilə 45 oyuna çıxaraq 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved