İngiltərə ardıcıl 2-ci dəfə Avropa çempionu oldu! GENİŞ İCMAL
𝐑Ə𝐒𝐌İ: İngiltərənin U-21 millisi Avropa çempionatının qalibi oldu!
90plus.az xəbər verir ki, həlledici finalda onlar Almaniyanı 3-2 hesabı ilə əlavə vaxtda məğlub edərək Avropa çempionu titulunu qorumağı bacarıblar.
Bratislavada keçirilən finalda Li Karslinin komandası son anda vurduğu qolla 2025-ci il Avropa çempionatının qalibi olub. Oyuna sonradan daxil olan “Marsel”in hücumçusu Conatan Rou cəmi 2 dəqiqə sonra başla vurduğu qolla tarixi qələbəni təmin edib. Bu, İngiltərənin ardıcıl ikinci Avropa çempionluğu olub. Onlar bu uğuru ilk dəfə 1984-cü ildə əldə etmişdilər və bu, 39 illik fasilədən sonra qazandıqları ikinci belə titul idi.
İngiltərə oyuna sürətli başlayıb. Harvi Elliot artıq 5-ci dəqiqədə turnirdəki 5-ci qolunu vuraraq hesabı açıb. Ardınca Omari Haçinson uzaqdan dəqiq zərbə ilə fərqi iki topa çatdırıb.
Ancaq almanlar fasiləyə qədər oyuna qayıtmağa müvəffəq olublar. Nelson Vayper başla fərqi minimuma endirib. Saat tamam olanda isə Paul Nebelin “yuxarı doqquzluğa” göndərdiyi zərbə ilə hesab bərabərləşib – 2:2.
92-ci dəqiqədə Tayler Mortunun ötürməsini başla dəqiq tamamlayan Conatan Rou İngiltərəyə çempionluğu qazandırıb. Oyunun sonlarında Merlin Röhlün zərbəsi yenidən dirəyə dəyib və Almaniya matçı penaltilərə apara bilməyib:
İngiltərə 3 - 2 Almaniya
H. Elliot 5'
O. Haçinson 24'
N. Vayper 45+1'
P. Nebel 61'
C. Rou 92'
Qollar:
https://t.me/doxsanplus/104648
İngilislər, həmçinin Niderlandı və İspaniyanı turnirdən kənarlaşdırmışdılar.
Ən vacib məqam nə idi?
Baş məşqçi Li Karsli bu ayın əvvəlində U-21 yığması ilə yeni iki illik müqavilə imzalamışdı. Lakin onun klub səviyyəsində daha böyük təkliflər alacağı istisna edilmir. Karsli ardıcıl iki turnirdə Avropa çempionluğu qazanmaqla 1980-ci illərin əvvəllərində eyni uğura imza atan Deyv Seksstonun nəticəsini təkrarlayıb. Bu qələbələri fərqli nəsillərlə qazanması isə diqqətçəkicidir. O, Slovakiyaya Liyam Delap, Ceymi Gittens, Adam Uorton, Coub Bellingem, Teylor Harvud-Bellis və Cerrad Brantueyt kimi futbolçuları belə aparmamışdı.