İngiltərə klubu baş məşqçisi ilə yolları ayırdı
İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem" baş məşqçi İqor Tudor ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, London klubundan verilən açıqlamada xorvatiyalı mütəxəssislə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyi bildirilib. Qeyd olunub ki, qapıçı məşqçisi Tomislav Rojic və fiziki hazırlıq üzrə məşqçi Rikkardo Raqnaççi də komandadan ayrılıb.Cari ilin fevral ayında "Tottenhem"in başına keçən 47 yaşlı İqor Tudorun komandadakı macərası qısa sürüb.
Təcrübəli çalışdırıcı daha əvvəl Türkiyədə "Karabükspor" və "Qalatasaray" klublarında da fəaliyyət göstərib.
© Copyright 2026, All Rights Reserved