İngiltərə millisi Tomas Tuxellə müqaviləni uzatdı
İngiltərə Futbol Assosiasiyası Almaniyalı baş məşqçi Tomas Tuxellə yeni müqavilə imzalandığını açıqlayıb.
90plus.az xəbər verir ki, tərəflər arasında bağlanan yeni razılaşmaya görə, Tuxel 2028-ci ilə qədər İngiltərə millisinin sükanı arxasında olacaq. 1 yanvar 2025-ci ildən etibarən vəzifəyə başlayan mütəxəssis qısa müddətdə uğurlu nəticələrlə diqqət çəkib. İngiltərə millisi onun rəhbərliyi altında 2026 Dünya Çempionatının seçmə mərhələsinin K qrupunu məğlubiyyətsiz lider kimi başa vurub.
Albania, Serbiya, Latviya və Andorra ilə eyni qrupda mübarizə aparan İngiltərə seçməsi seçmə mərhələni qol buraxmadan tamamlayaraq əla göstəriciyə imza atıb.
2026 Dünya Çempionatının final mərhələsində isə İngiltərə millisi L qrupunda çıxış edəcək. Komanda bu mərhələdə Xorvatiya, Qana və Panama yığmaları ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved