İngiltərə millisində iki itki birdən - ADLAR
İngiltərə milli komandasının heyətində dəyişiklik edilib.
90plus.az xəbər verir ki, "Arsenal"ın futbolçusu Ebereçi Eze və "Bayer"də çıxış edən Carell Kuansa yığmadan kənarlaşdırılıb. Buna səbəb hər iki oyunçunun zədəli olmasıdır.
Onların əvəzinə "Nyukasl"ın müdafiəçisi Harvi Barns və "Arsenal"dan Ben Uayt millinin düşərgəsinə dəvət olunub.
Qeyd: İngiltərə yığması qarşıdakı günlərdə iki yoldaşlıq oyunu keçirəcək. Tomas Tuxelin rəhbərlik etdiyi komanda martın 27-də Uruqvay, martın 31-də isə Yaponiya ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved