İngiltərə nəhəngi Vinisiusa "elçi düşdü"
"Real Madrid" ilə yeni müqavilə danışıqları çıxılmaz vəziyyətə düşən Vinisius Juniorla bağlı diqqətçəkən iddia ortaya çıxıb.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında yenidən zirvə uğrunda mübarizə aparmaq istəyən "Çelsi" braziliyalı ulduzu heyətinə qatmaq niyyətindədir. London təmsilçisinin sol cinah oyunçusu üçün ciddi addımlar atdığı bildirilir.
Xəbərdə qeyd olunur ki, futbolçunun transfer qiyməti açıqlanmasa da, ona həftəlik 500 min funt sterlinqdən artıq maaş təklif edilə bilər. Bu isə reallaşacağı halda "Çelsi" tarixində ən yüksək maaşlı müqavilələrdən biri olacaq.
Digər tərəfdən, "Real Madrid"in Vinisius Juniora etdiyi son təklifi artırmaq niyyətində olmadığı vurğulanır. Bu vəziyyətdən istifadə edən "Çelsi" rəhbərliyinin futbolçunun menecerləri ilə davamlı əlaqədə olduğu iddia edilir.
Mövsüm göstəriciləri
25 yaşlı futbolçu 2025/26 mövsümündə "Real Madrid"in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb. Vinisius Junior bu matçlarda 17 qol vurub və 13 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved