İngiltərə nəhəngləri onun uğrunda yarışır
Minqesa uğrunda İngiltərə nəhəngləri yarışır.
90plus.az xəbər verir ki, İspaniya millisinin və “Selta”nın müdafiəçisi Oskar Minqesa yay transfer pəncərəsinin ən diqqətçəkən hədəflərindən birinə çevrilib.
Xarici mediada yayılan məlumatlara görə, futbolçu ilə maraqlanan klubların sayı sürətlə artır. Artıq “Arsenal”, “Mançester Siti”, “Liverpul” və “Tottenhem” kimi Premyer Liqa nəhəngləri də bu transfer yarışına qoşulub.
Bundan əlavə, “Aston Villa”, “Nyukasl” və “Everton”un da son 12 ay ərzində ispaniyalı müdafiəçini yaxından izlədiyi bildirilir.
Qeyd olunur ki, Minqesa mövsümün sonunda azad agent statusu alacaq. Bu isə onu Avropanın bir çox klubu üçün daha da cəlbedici edir.
Mənbələrin iddiasına görə, futbolçunun gələcək karyerası ilə bağlı qərarını yaxın aylarda verməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved