İngiltərə Premyer Liqası: Biletlər maksimum 30 funt!

İngiltərə Premyer Liqası azarkeşlərə jest edib: Səfər biletləri 30 funtdan baha olmayacaq.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında iştirak edən bütün klublar növbəti mövsüm üçün azarkeşlərə mühüm jest ediblər. Belə ki, klublar səfər oyunları üçün bilet qiymətinin maksimum 30 funt-sterlinq olmasına razılaşıblar.
Bu qərar artıq ardıcıl 10-cu mövsümdür ki, qüvvədə qalır və səfər tribunalarında iştirak edən azarkeşlər üçün qiymət sabit qalacaq. Premyer Liqa rəhbərliyi və klublar bu addımı azarkeşlərin səfər oyunlarına daha rahat şəkildə qatılmasını təmin etmək məqsədilə atdıqlarını bildiriblər.
Qeyd: Səfər tribunalara bilet qiymətinin 30 funtla məhdudlaşdırılması ilk dəfə 2016-cı ildə tətbiq olunmağa başlamışdı. Bu təşəbbüs yerli azarkeş qruplarının və ictimaiyyətin geniş dəstəyi ilə qarşılanmışdı və bu gün də futbol ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilir.
Premyer Liqanın açıqlamasında vurğulanır ki, qərar hər bir klubun iştirakı ilə qəbul olunub və azarkeş təcrübəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bir hissəsidir.
© Copyright 2025, All Rights Reserved