İngiltərə - Uruqvay matçında hakimdən böyük skandal - FOTO
İngiltərə – Uruqvay oyununda futbol tarixində nadir rast gəlinən hadisə yaşanıb.
90plus.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan yoxlama matçında diqqətçəkən epizod Uruqvay millisinin futbolçusu Manuel Uqarte ilə bağlı olub.
Görüşün ilk hissəsində sarı vərəqə alan Manuel Uqarte ikinci hissədə də daha bir qayda pozuntusuna görə yenidən sarı vərəqə ilə cəzalandırılıb. Lakin buna baxmayaraq, futbolçu meydandan qovulmayıb.
Oyunun 87-ci dəqiqəsində baş məşqçi Marselo Bielsa tərəfindən əvəzlənən yarımmüdafiəçi ilə bağlı əvvəlcə ikinci sarı vərəqənin ləğv edildiyi bildirilib.
Daha sonra isə hakimlər fərqli açıqlama verib. Məlum olub ki, ilk sarı vərəqə əslində Xose Mariya Ximenezə göstərilib. Beləliklə, bir vərəqə ləğv edildikdən sonra Manuel Uqarte oyunu faktiki olaraq heç sarı vərəqə almadan tamamlayıb.
Matçın nəticəsinə gəlincə, İngiltərə 81-ci dəqiqədə Ben Uaytın qolu ilə hesabı açsa da, Uruqvay əlavə vaxtda Federiko Valverdenin penaltidən vurduğu qolla məğlubiyyətdən xilas olub.
Qarşılaşmadan sonra İngiltərə millisinin müdafiəçisi Harri Maquayr də bu hadisənin çox qeyri-adi olduğunu vurğulayaraq, belə bir situasiya ilə ilk dəfə qarşılaşdıqlarını bildirib.
© Copyright 2026, All Rights Reserved