“İnter” 7 qollu trillerdən qalib çıxdı
“İnter” 7 qollu trillerdə qalib gəldi – çempionluğa doğru böyük addım atıldı.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 32-ci turunda “Komo” ilə “İnter” arasında keçirilən möhtəşəm qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
7 qollu oyunda “neradzurri” vacib 3 xalı qazanaraq turnir cədvəlinin zirvəsində xal fərqini 9-a çatdırıb. Mövsümün sonuna isə cəmi 6 tur qalır.
Qarşılaşmada diqqət çəkən məqamlardan biri də Niko Pasın performansı olub. Gənc futbolçu bu mövsüm “Komo”nun heyətində stabil çıxışı ilə seçilir. O, cari mövsümdə 35 oyunda 12 qol və 6 assistlə yadda qalıb və orta hesabla hər iki oyundan birində qol töhfəsi verir.
Bu nəticə ilə “İnter” çempionluğa bir addım daha yaxınlaşıb:
Komo 3 - 4 İnter
A. Valle 36’
N. Pas 45’
M. Türam 45+1’ 49’
D. Dyumfris 58’ 72'
L. Da Kunya 89’ (p)
Qollar: https://t.me/doxsanplus/116270
© Copyright 2026, All Rights Reserved