"İnter" bu qələbə ilə iddiasını davam etdirir
A Seriyasında “İnter” səfərdə “Piza”nı məğlub etdi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 13-cü turunda çempionluq mübarizəsi aparan “İnter” səfərdə “Piza” ilə qarşılaşıb. "Arena Garibaldi – Stadio Romeo Anconetani"də keçirilən görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
“İnter”in hər iki qolunu Lautaro Martines vurub. Milan təmsilçisinin türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Qələbə sayəsində “İnter” xallarını 27-yə yüksəldərək çempionluq yarışındakı iddiasını davam etdirib. “Piza” isə 10 xalda qalıb:
Piza 0-2 İnter
Lautaro Martinez 69',83'
© Copyright 2025, All Rights Reserved