“İnter” bunu ilk dəfə bacardı

“İnter” bu mövsüm ilk dəfə İtaliya A Seriyasında ardıcıl qələbələr qazandı – komanda səfərdə “Kalyari”ni 2:0 hesabı ilə məğlub etdi.
90plus.az xəbər verir ki, bu, Kristian Çivunun kollektivinin çempionatda ilk səfər qələbəsi oldu.
Qolları Lautaro Martines və Françesko Pio Esposito vurdu, bununla da “İnter” mövsümdə üçüncü qələbəsini əldə edərək müvəqqəti olaraq 5-ci pilləyə yüksəldi.
Matçın cəmi 9-cu dəqiqəsində kapitan Lautaro Martines Bastoninin qaldırdığı ötürməni başla qapıya göndərərək hesabı açdı. İlk hissədə meydan sahiblərinə ümumiyyətlə zərbə imkanı verməyən “İnter” ikinci hissənin əvvəlində Çalxanoğlunun qapı dirəyinə dəyən zərbəsi ilə daha bir təhlükə yaratdı.
Daha sonra “Kalyari” də Sebastiano Espositonun zərbəsi ilə dirəyi silkələdi, amma bu şansdan yararlana bilmədi. 82-ci dəqiqədə isə Dimarkonun ötürməsini Françesko Pio Esposito dəqiq tamamladı – öncədən Martines və Çalxanoğlunun qurduğu hücum epizodu oyuna nöqtə qoydu.
Kalyari 0 - 2 İnter
L. Martínez 9'
F. Esposito 82'
© Copyright 2025, All Rights Reserved