“İnter” gəlirinə görə rekord qırıb
“İnter” klubundan tarixi rekord — 567 milyon avro gəlir qazanıb.
90plus.az xəbər verir ki, İtaliyanın “İnter” klubu ötən mövsüm maliyyə baxımından tarixinin ən uğurlu dövrünü geridə qoyub. Klubun açıqladığı rəsmi hesabatda 2024/25 mövsümü üçün rekord gəlir və mənfəət rəqəmləri yer alıb.
Milano təmsilçisi ötən mövsümü 567 milyon avro gəlirlə başa vurub. Bu göstərici təkcə “İnter”in tarixində deyil, həm də Seriya A tarixində ən yüksək gəlir kimi qeydə alınıb.
Bundan əlavə, klubun mənfəəti 35,4 milyon avro təşkil edib. Müqayisə üçün, “İnter” 2023/24 mövsümündə 35,7 milyon avro zərər açıqlamışdı.
Bu nəticə “İnter”in son illərdə aparılan idarəçilik və kommersiya siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirilir.
© Copyright 2025, All Rights Reserved