“İnter” işini çətinə saldı
“İnter”dən məyusedici nəticə – “Komo” ilə qolsuz heç-heçə!
90plus.az xəbər verir ki, İtaliya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Komo” ilə “İnter” üz-üzə gəlib.
“Komo”nun meydanında keçirilən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş qolsuz bərabərliklə başa çatıb:
Komo 0 - 0 İnter
Matç “İnter” üçün uğursuz alınıb. Kristian Kivunun rəhbərlik etdiyi komanda oyun ərzində rəqib qapısına bir dəfə də olsun dəqiq zərbə endirə bilməyib. Milan təmsilçisi topa daha çox nəzarət etsə də, hücum xəttində effektivlik göstərməyib.
Komandalar arasında finala vəsiqə uğrunda mübarizə cavab görüşündə davam edəcək. Qarşılaşma 23 aprel tarixində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved