"İnter" İspaniya millisinin debütantını radarına aldı
İspaniya millisinin üzvü Viktor Munyoz karyerasını İtaliyada davam etdirməyə yaxınlaşır.
90plus.az Marca nəşrinə istinadən xəbər verir ki, Osasuna klubunun 22 yaşlı vingeri ilə Inter ciddi şəkildə maraqlanır.
“Nerazzurilər” futbolçunu mövsüm başa çatdıqdan sonra heyətinə qatmağı düşünür. Artıq İtaliya çempionu Munyozu transfer etmək üçün rəsmi təklif də təqdim edib və tərəflər arasında hazırda danışıqlar davam edir.
İspan futbolçunun Osasuna ilə müqaviləsi 2030-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir. O, Real Madrid klubunda çıxış etdikdən sonra ötən il “Osasuna”ya transfer olunub.
© Copyright 2026, All Rights Reserved