"İnter"dən fransalı ilə 5 illik müqavilə

İtaliyanın A Seriyasında çıxış edən "İnter" Fransa təmsilçisi "Lens"in yarımmüdafiəçisi Endi Diufun transferini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, klubun rəsmi məlumatına görə, 22 yaşlı fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "İnter" bu transfer üçün "Lens" klubuna 20 milyon avro təzminat ödəyəcək.
Yeni mövsümdən etibarən baş məşqçi postunu tərk edən Simone İnzaghinin yerinə komandanı Kristian Kivu çalışdıracaq. Komandanın ilk ciddi transferlərindən biri məhz Diuf olub.
Futbol karyerasına PSJ-nin akademiyasında başlayan Endi Diuf sonradan "AC Bulon-Biyankur", "Renn" və "Bazel" klublarında çıxış edib. 2023-cü ildə o, 14 milyon avroya "Lens"ə transfer olunmuşdu.
Peşəkar karyerası ərzində 145 oyuna çıxan yarımmüdafiəçi 6 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved