“İnter Mayami” stadionunda Messi tribunası olacaq
“İnter Mayami”dən tarixi qərar: Messinin adı stadion tribunasında əbədiləşdiriləcək.
90plus.az xəbər verir ki, ABŞ-nin “İnter Mayami” klubu yeni inşa olunan “Nu Stadium” stadionu ilə bağlı diqqətçəkən qərar qəbul edib. Klub rəhbərliyi bildirib ki, arenada Lionel Messinin adını daşıyan xüsusi tribuna olacaq.
Bu qərarla Messi dünya idmanında nadir hallarda rast gəlinən bir hadisənin iştirakçısına çevrilir. Belə ki, argentinalı ulduz həm öz komandasının ev stadionunda mütəmadi olaraq çıxış edəcək, həm də həmin arenada onun adını daşıyan tribuna mövcud olacaq.
Futbol tarixində bu cür hallar olduqca azdır və adətən bu status futbolçulara yalnız karyeralarını başa vurduqdan sonra verilir. “İnter Mayami”nin bu addımı isə Messinin klub və ümumilikdə futbol üçün əhəmiyyətinin bariz nümunəsi kimi qiymətləndirilir.
Qeyd: Yeni stadionun yaxın illərdə istifadəyə verilməsi planlaşdırılır və layihə MLS tarixinin ən diqqətçəkən stadion layihələrindən biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved