“İnter Mayami”nin ulduzu Lionel Messidən möhtəşəm başlanğıc
Ötən mövsümü MLS çempionu kimi başa vuran “İnter Mayami”nin superulduzu Lionel Messi yeni mövsümə də iddialı start verib.
90plus.az xəbər verir ki, ABŞ çempionatında “İnter Mayami” səfərdə “Di Si Yunayted”lə qarşılaşıb. Matçda argentinalı ulduz diqqət çəkən performans göstərərək baxımlı aşırma qola imza atıb.
38 yaşlı futbolçu bununla da yeni mövsümdə keçirdiyi 3 oyunda 3 qol vuraraq yüksək forması ilə diqqət çəkməyi bacarıb.
Lionel Messi ötən mövsüm MLS-də keçirdiyi 28 oyunda 29 qol vurub və 16 məhsuldar ötürmə edib. Argentinalı ulduz bu göstəriciləri ilə “İnter Mayami”nin qazandığı çempionluqda əsas rol oynayan futbolçulardan biri olub.
© Copyright 2026, All Rights Reserved