"İnter" mövsüm sonunda müdafiəçisi ilə yolları ayıracaq
"İnter"in müdafiəçisi Françesko Açerbi 2025/26 mövsümünün sonunda komandadan ayrılacaq.
90plus.az xəbər verir ki, 38 yaşlı mərkəz müdafiəçisi yayda başa çatacaq müqaviləsini uzatmağı planlaşdırmır.
Açerbi 2022-ci ilin yayında "İnter"ə qoşulub və bu müddət ərzində komandanın əsas oyunçularından birinə çevrilib. Təcrübəli futbolçu Milan təmsilçisi ilə birlikdə A Seriyası çempionluğu, İtaliya kuboku və iki dəfə Superkubok sevinci yaşayıb.
Qeyd: Açerbi cari mövsümdə bütün turnirlərdə 21 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
© Copyright 2026, All Rights Reserved