"İnter" "Qalatasaray"ın futbolçusundan imtina etdi
“İnter” “Qalatasaray”ın futbolçusu Qabriel Saranın transferindən imtina edib.
90plus.az xəbər verir ki, “nerazzurra” braziliyalı oyunçunu almaq planından geri çəkilib. Bunun əsas səbəbi isə Türkiyə çempionunun Saranın transferi üçün tələb etdiyi 40 milyon avro məbləği və endirimə getməməsidir.
26 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub. O, 2024-cü ildən etibarən İstanbul klubunda çıxış edir və bundan əvvəl “Sao Paolo” və “Norviç” klublarında oynayıb.
© Copyright 2025, All Rights Reserved