"İnter" "Real Madrid"in qapıçısını istəyir
"Real"ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "İnter" ukraynalı qolkiperi transfer etmək istəyir. Bu barədə "FC Inter News" məlumat yayıb.
Lunin "kral klubu"nda əsas qapıçı olmadığı üçün ayrılığa müsbət yanaşır. "İnter" yayda 27 yaşlı qapıçını heyətinə qatmağa çalışacaq.
"Real" 2018-ci ilin yayında Andrey Lunini "Zarya"dan transfer etmişdi. Ukrayna millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində yalnız 3 oyunda meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved