"İnter" "Şaxtyor"un futbolçusuna "göz qoydu"

“Şaxtyor”un cinah oyunçusu Kevin İtaliyanın “İnter” klubunun transfer hədəfindədir.
90plus.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Bildirilir ki, 22 yaşlı braziliyalı futbolçu ilə “Milan” da maraqlansa da, Kevin hazırda Donetsk klubunu tərk etməyi düşünmür.
“İnter” isə gənc vingerin transferi üçün 20 milyon avro ödəməyə hazırdır. “Nerazzurri”nin oyunçunu qış transfer dönəmində heyətinə qatmaq istədiyi qeyd olunur.
Qeyd: Kevin 2024-cü ilin yanvarında “Palmeyras”dan “Şaxtyor”a transfer olunub.
© Copyright 2025, All Rights Reserved