“İnter” səfərdə qalib gəldi – 2:0
İtaliya A Seriyasının 26-cı turu çərçivəsində səfərdə “Leççe”nin qonağı olan “İnter” 2:0 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, bu qələbə ilə “İnter” növbəti 3 xalı hesabına yazdırıb.
Leççe 0 - 2 İnter
H. Mxitaryan 75’
M. Akanji 82’
“İnter” işi yenə son dəqiqələrdə həll etdi və A Seriyasında zirvədə fərqi 10 xala çatdırdı. Milan təmsilçisi ardıcıl 7-ci qələbəsini qazandı.
Diqqət mərkəzində — Federiko Dimarko idi. O, son 6 oyununda 10 qola töhfə verib
Dimarkonun sabit performansı “İnter”in çempionluq yürüşündə əsas faktorlardan biridir.
Qeyd: Çempionatda ardıcıl 7-ci qələbəni qazanan “İnter” 64 xalla liderliyini davam etdirir. “Leççe” isə 24 xalla 17-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved