"İnter"dən "Atalanta"ya Ademola Lukman təklifi

İtaliyanın nəhəng klublarından olan "İnter" hücum xəttini gücləndirmək üçün "Atalanta"nın ulduz futbolçusu Ademola Lukmanın transferi üçün hərəkətə keçib.
90plus.az xəbər verir ki, Milan təmsilçisi transfer üçün 3 milyon avrosu bonus olmaqla ümumilikdə 45 milyon avro dəyərində təklif irəli sürüb. Lakin "Atalanta" bu məbləği kifayət hesab etməyərək oyunçusu üçün 50 milyon avro tələb edir.
Bu mövqe isə Lukmanı hiddətləndirib. Ulduz hücumçunun sosial media hesabından "Berqamo" təmsilçisi ilə bağlı bütün paylaşımlarını sildiyi ortaya çıxıb. Bu addım futbolçunun transferə nə qədər israrlı olduğunu göstərir.
© Copyright 2025, All Rights Reserved