“İnter”dən darmadağın, Martinesdən növbəti uğur
Lautaro Martínez “İnter” tarixində üçüncü oldu – "Sassuolo" darmadağın edildi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 24-cü turunda “İnter” səfərdə “Sassuolo”nu 5:0 hesabı ilə məğlub edib. Qarşılaşma həm komanda, həm də argentinalı hücumçu Lautaro Martínez üçün xüsusi əhəmiyyət kəsb edib.
Martínez “Nerazzurri” formasında vurduğu 171-ci qol ilə klub tarixində Roberto Boninsegna ilə birlikdə üçüncü ən məhsuldar oyunçuya çevrilib. Bu mövsüm 24 oyunda 14 qol ilə argentinalı hücumçu A Seriyasının ən məhsuldar oyunçularından biridir:
Sassuolo 0 - 5 İnter
Bissek 11’
M. Türam 28’
L. Martines 50’
M. Akanji 53’
L. Enrike 89’
Qələbə ilə “İnter” çempionatdakı üstünlüyünü daha da möhkəmləndirib və “Milan” üzərində 8 xal fərq qazanıb:
© Copyright 2026, All Rights Reserved