"İnter"in futbolçusu ili bitirdi
Françesko Açerbi əzələ zədəsi səbəbindən bu ilin qalan hissəsində meydana çıxmayacaq.
90plus.az xəbər verir ki, "İnter"in müdafiəçisi Çempionlar Liqasının "Liverpul"la keçirilən qarşılaşmasında (0:1) aldığı zədə ucbatından sıradan çıxıb.
37 yaşlı italyan futbolçu həmin görüşün 31-ci dəqiqəsində zədələndiyi üçün məcburi şəkildə əvəz olunub.
Açerbi 2025/2026 mövsümündə bütün turnirlər üzrə 12 matçda çıxış edərək bir qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved