“İnter”in gəliri rekord həddə çatıb
“İnter” 2024/25 mövsümü üçün rekord gəlirini açıqlayıb.
90plus.az xəbər verir ki, klubun ötən mövsümə dair maliyyə hesabatına əsasən, “İnter”in gəliri 567 milyon avroya çatıb – bu, klub tarixində ən yüksək göstərici olmaqla yanaşı, A Seriyası rekordu da sayılır. Gəlir artımı daxili yarışlardan və avrokuboklardan əldə edilən gəlirlərin, həmçinin Klubların Dünya Çempionatında iştirakın hesabına baş verib. Sponsorluq müqavilələri və oyun günü fəaliyyətlərindən əldə olunan kommersiya gəlirləri də yüksəlib.
15 ildən sonra ilk dəfə “İnter” mövsümü xalis mənfəətlə başa vurub – 2024/25 mövsümündə ümumilikdə 35,4 milyon avro. Halbuki əvvəlki hesabat dövründə klub 35,7 milyon avro zərər etmişdi.
Büdcənin təsdiqi “İnter”in səhmdarlarının oktyabrın ortalarında keçiriləcək iclasında nəzərdə tutulub.
© Copyright 2025, All Rights Reserved