"İnter"in kapitanından Hakana ismarıc: "Qalmaq istəməyən getsin!"

FIFA Klublararası Dünya Kubokunun 1/8 final mərhələsində "İnter" Braziliyanın "Fluminense" klubuna 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. "İnter"in kapitanı Lautaro Martinez isə DAZN telekanalına emosional açıqlamalar verib.
90plus.az xəbər verir ki, oyun sonrası Argentina millisinin hücumçusu komanda daxilindəki bəzi hallardan narazı olduğunu açıq şəkildə ifadə edib:
"Xoşuma gəlməyən şeylər var və bu səbəbdən bir kapitan kimi açıq mesaj verirəm: Qalmaq istəməyən dərhal 'İnter'dən ayrılsın. Bizə 'İnter' üçün vuruşacaq, bu klubda doğrudan da qalmaq istəyən futbolçular lazımdır. Geyindiyimiz formanı daşımağın nə qədər önəmli olduğunu başa düşməliyik."
Ad çəkməsə də, Martinez Hakan Çalhanoğlunun "Qalatasaray"a getmək ehtimalına eyham vurduğu aşkardır.
Bu açıqlama komandadakı bəzi futbolçuların gələcəyi ilə bağlı suallar doğurub.
© Copyright 2025, All Rights Reserved