“İnter”in prezidenti A Seriyasını sərt tənqid edib

"İnter"in prezidenti hesab edir ki, A Seriyası enişdədir.
90plus.az xəbər verir ki, Beppe Marotta İtaliyanın əsas futbol çempionatı haqda sərt danışıb.
O, İtaliyada stadionlarla bağlı ciddi problemlərin, həm də əyləncə sahəsində çatışmazlıqların olduğunu deyib: "Bizim liqa tranzit liqadır və təəssüf ki, oyunçular sadəcə buradan keçib gedirlər.
Bu gün A Seriyada mən yalnız bir futbolçunu həqiqi ulduz hesab edirəm – Luka Modriç. Amma o da bura 40 yaşında gəldi”, – deyə “İnter”in prezidenti bildirib.
Cüzeppe Marotta liqanın həm azarkeşləri cəlb etmək, həm də ən yaxşı futbolçuları gətirə bilmək üçün ciddi islahata ehtiyacı olduğunu vurğulayıb. Bu da göstərir ki, İtaliya futbolu həm meydanda, həm də meydandan kənarda böyük çətinliklərlə üzləşir.
© Copyright 2025, All Rights Reserved