"İnter"in türkiyəli ulduzu sıradan çıxdı
“İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədə səbəbindən heyətdən kənarda qalıb.
90plus.az xəbər verir ki, bu barədə Milan təmsilçisi rəsmi açıqlama yayıb.
Aparılan tibbi müayinələr zamanı futbolçunun sol baldır əzələsində zədə müəyyən edilib. Klub 31 yaşlı oyunçunun bərpa müddəti ilə bağlı hələlik dəqiq vaxt açıqlamayıb. Lakin İtaliyanın “Sky” nəşri Çalhanoğlunun təxminən 20 gün yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd: Hakan Çalhanoğlu 2025/2026 mövsümündə keçirdiyi 22 rəsmi qarşılaşmada 8 qol vurub və 4 məhsuldar ötürmə ilə “İnter”in əsas fiqurlarından biri olub.
© Copyright 2026, All Rights Reserved