İnternet probleminə görə Paris olimpiadasında iştirak etməyəcək

Yamaykalı atlet Nayoka Klunis internet probleminə görə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.
90plus.az xəbər verir ki, Yamaykada baş verən güclü fırtınadan sonra ölkədə internetin fəaliyyəti dayanıb. Buna görə də, çəkicatma üzrə yarışların iştirakçısının adı yarış ərizəsinə salınmayıb.
İdmançı məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etsə də, nəticə dəyişməyib.
Qeyd: Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
© Copyright 2025, All Rights Reserved