İran Nigeriya ilə oyuna uşaq çantaları ilə çıxdı
İran yığması Nigeriyaya qarşı oyuna uşaq çantaları ilə çıxdı – ABŞ-İsrail hücumlarında həyatını itirən uşaqların xatirəsinə hörmət ifadə etdilər!
90plus.az xəbər verir ki, Berlində İran millisinin Nigeriyaya qarşı dostluq görüşündə meydana çıxışı diqqət çəkib. Futbolçular uşaq çantaları daşıyaraq, ABŞ və İsrailin hücumlarında həyatını itirən uşaqların xatirəsinə hörmətlərini bildiriblər.
İran yığmasının FİFA ilə bağl mövqeyi isə dəyişməz olaraq qalır. Millinin rəhbərliyi hələ də 2026 Dünya Çempionatından ABŞ-da keçiriləcəyi halda çıxmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirir və turnirə boykot təşəbbüsünü irəli sürməkdədir. Hələlik rəsmi qərar açıqlanmayıb.
Görüşlə bağlı görüntülər Berlin stadionundan təqdim olunub. Oyun 2-1 Nigeriyanın xeyrinə bitib.
© Copyright 2026, All Rights Reserved