İrandan DÇ ilə bağlı yekun qərar - RƏSMİ
İran hökuməti 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatında iştirak etməyəcəyini açıqlayıb. Bu barədə İranın idman naziri Ahmed Donyamali rəsmi bəyanat verib.
90plus.az xəbər verir ki, nazirin sözlərinə görə, İran hazırkı geosiyasi gərginliklər səbəbindən turnirdə iştirak edə bilməyəcək. O bildirib ki, ABŞ və İsraillə davam edən qarşıdurmalar İran millisinin turnirə qatılmasını mümkünsüz edir.
2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək. Turnir 11 iyun – 19 iyul tarixləri arasında baş tutacaq. İran millisi daha əvvəl püşkatmanın nəticələrinə görə G qrupunda yer almışdı və qrup mərhələsindəki bütün oyunlarını ABŞ-da keçirməli idi.
Məlumata görə, İranın üç qrup oyununun hamısının ABŞ-da oynanacağı planlaşdırılmışdı. Qarşılaşmalardan ikisi Los Angeles şəhərində, biri isə Siettl şəhərində keçirilməli idi.
İran nümayəndə heyəti ötən həftə FIFA tərəfindən Atlanta şəhərində təşkil edilən Dünya Çempionatı iştirakçıları sammitinə də qatılmamışdı.
© Copyright 2026, All Rights Reserved