İrqçilikdə adı çəkilən futbolçuya cəza verildi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutan "Benfika" – "Real Madrid" qarşılaşması qalmaqalla yadda qalıb.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu Estádio da Luz stadionunda keçirilib. Qarşılaşma zamanı "Real Madrid"in futbolçusu Vinícius Júnior, "Benfika"nın gənc oyunçusu Gianluka Prestianni tərəfindən ünvanına irqçi ifadələr səsləndirildiyini iddia edib.
Braziliyalı futbolçunun şikayətindən sonra UEFA tərəfindən rəsmi araşdırmaya start verilib. İstintaq prosesi davam etdiyi müddətdə qurum argentinalı oyunçuya müvəqqəti olaraq 1 oyunluq cəza tətbiq edib.
Verilən qərara əsasən, 20 yaşlı futbolçu cavab görüşündə komandasına kömək edə bilməyəcək. Matç Santiago Bernabéu Stadium stadionunda keçiriləcək.
Bildirilir ki, əgər Prestianni təqsirli bilinərsə, onun cəzası 10 oyuna qədər artırıla bilər.
Hadisə ilə bağlı araşdırma davam edir.
© Copyright 2026, All Rights Reserved