İslam Mahaçevin çamadanı oğurlandı
İslam Mahaçevin İtaliyada çamadanı oğurlanıb — Kvaratsxelianın hədiyyəsi itkin düşüb.
90plus.az xəbər verir ki, UFC üzrə dünya çempionu İslam Mahaçev İtaliyada səfərdə olarkən xoşagəlməz hadisə ilə üzləşib. Onun çamadanı oğurlanıb və idmançının sözlərinə görə, içində ən dəyərli əşya xüsusi bir hədiyyə olub.
Mahaçevin ən çox üzüldüyü məqam isə Gürcüstan millisinin və "Napoli" klubunun futbolçusu Xviça Kvaratsxeliya tərəfindən ona bağışlanan xüsusi ayaqqabıların itməsi olub.
İslam Mahaçev bu barədə açıqlamasında bildirib:
“Əlimdə olan ən dəyərli şey Kvaranın mənə verdiyi bu ayaqqabılar idi. Oğrular, əgər futbola marağınız yoxdursa, zəhmət olmasa onları mənə qaytarın.”
Hadisə ilə bağlı araşdırma davam edir.
© Copyright 2026, All Rights Reserved