İslandiyanın baş məşqçisi: "Azərbaycanı udmalıyıq”

Futbol üzrə İslandiya yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəyi oyunda qələbə qazanmağı hədəfləyir.
90plus.az xəbər verir ki, bu fikirləri komandanın baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında səsləndirib.
O, sabahkı oyun barədə düşüncələrini belə ifadə edib:
“Bunu ölüm-dirim qarşılaşması adlandırmaq istəməzdim. Böyük məqsədlərimiz var. Azərbaycanla görüşdə mütləq qalib gəlməliyik. Özümüz üzərində təzyiq yaratmalıyıq”.
Baş məşqçi həmçinin futbolçuların oyuna tam hazır olduqlarını bildirib:
“Komandada hər kəs çox sakit və toparlanmış vəziyyətdədir. Məşqlər əla keçdi. Stadion da çox gözəldir. Hesab edirəm ki, həyəcan da lazım olan səviyyədədir. Doğrudan da qarşıdakı oyun üçün yaxşı hisslərim var”.
Xatırlatma: İslandiya – Azərbaycan qarşılaşması sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved