İspan futbolçu klub aldı

İspaniyalı futbolçu Xuan Mata da klub sahibi olub.
90plus.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ABŞ-nin "San Dieqo" klubundan pay alaraq ortaq rəhbərlərdən birinə çevrilib.
Mata MLS klubunda pay sahibi olan ilk aktiv futbolçudur. O, Devid Bekhemdan sonra MLS-də rəhbər olan ikinci əcnəbi futbol adamıdır.
Növbəti mövsümdən "San Dieqo" əsas milli çempionatda - MLS-də mübarizə aparmağı planlaşdırır.
Xatırladaq ki, Xuan Mata hələ də karyerasını davam etdirir. İspaniya millisini sabiq üzvü sentyabrda transfer edildiyi Avstraliyanın “Vestern Sidney Vanderers” klubunda çıxış edir.
© Copyright 2025, All Rights Reserved