İspan nəhəngi satışa qoyuldu
İspaniyanın “Sevilya” futbol klubunun satış prosesi getdikcə daha da sürətlənir.
90plus.az xəbər verir ki, danışıqlar ilin sonuna qədər intensivləşəcək və sövdələşmənin 2026-cı ilin əvvəlində tamamlanması gözlənilir. Məlumata əsasən, bir neçə xarici investisiya fondu artıq klubu almağa maraq göstərib. Lakin satışın həyata keçməsi üçün əsas səhmdarlar arasındakı uzunmüddətli hakimiyyət mübarizəsinə son qoyulmalı və tərəflər razılığa gəlməlidir. Potensial alıcı ciddi maliyyə öhdəlikləri ilə üzləşəcək.
Klubun rəsmi açıqlamasına görə, borc təxminən 100 milyon avrodur, lakin bəzi mənbələr bu məbləğin 200 milyon avrodan artıq olduğunu bildirir. Hazırda “Sevilya” klubuna Qixarro, Karriyon, Ales və Kastro ailələri nəzarət edir. Klubun prezidenti vəzifəsini isə Xose Mariya del Nido Karrasko icra edir.
© Copyright 2025, All Rights Reserved