İspaniya La Liqasında oyun təxirə salındı
İspaniya La Liqasında bazar günü keçirilməsi nəzərdə tutulan “Levante” – “Vilyarreal” oyunu təxirə salınıb.
90plus.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub. Meydan sahibi klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, bölgədə gözlənilən güclü yağışlar və elan edilən qırmızı təhlükə səviyyəsi matçın keçirilməsinə maneə yaradıb.
İspaniya Kral Futbol Federasiyası yaranmış vəziyyəti nəzərə alaraq qarşılaşmanın ertələnməsi barədə qərar verib. Oyunun yeni tarixi daha sonra açıqlanacaq. Azarkeşlər tərəfindən alınan biletlər isə etibarlı qalacaq.
Xatırlatma: Hazırda turnir cədvəlində “Vilyarreal” 3-cü, “Levante” isə sonuncu pillədə yer alır.
© Copyright 2025, All Rights Reserved