İspaniya nəhəngi türk ulduza "elçi düşdü"

90plus.az xəbər verir ki, İtaliyanın nəhəng klubu "Yuventus"da göstərdiyi parlaq çıxışla diqqət mərkəzinə düşən millimizin üzvü Kenan Yıldızla bağlı maraqlı transfer iddiası gündəmə gəlib. Gənc futbolçunun adı bu dəfə İspaniya nəhəngi "Barselona" ilə hallanır.
20 yaşlı hücumçu, A millidəki son oyunundan sonra yenidən Avropa futbol ictimaiyyətinin marağında olub. "Fichajes" nəşrinin yaydığı məlumata görə, "Barselona"nın baş məşqçisi Hansi Flik və klub prezidenti Joan Laporta, Kenanın transferində israrlıdır.
"Yuventus" rəhbərliyi isə Kenan Yıldızı klubun "gələcək planlarının mərkəzində" görür və yalnız 70 milyon avro civarında təklif gəldiyi halda danışıqlara açıq olduqlarını bildirib.
"Barselona" tərəfi isə gənc futbolçuya olan marağını davam etdirdiyini açıqlayıb. Lakin "Yuventus" oyunçunun yalnız müəyyən olunmuş məbləğ qarşılığında transferinə razılıq verəcəyini qəti şəkildə bəyan edib.
© Copyright 2025, All Rights Reserved