İspaniya Superkuboku bu vaxt oynanılacaq - DETALLAR

İspaniya Superkubokunun oyun cədvəli açıqlanıb.
90plus.az xəbər verir ki, turnir 2026-cı ilin yanvar ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.
İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı yarımfinal qarşılaşmalarının yanvarın 7 və 8-də baş tutacağını bildirib.
Yarımfinalda "Barselona" "Atletik"lə, "Real" isə "Atletiko" ilə qarşılaşacaq. Final görüşü yanvarın 11-də olacaq. Superkubokun bütün oyunları “Əlinma” stadionunda keçiriləcək.
Qeyd: Ötən il bu turnir Ciddədə “King Abdullah Sports” stadionunda baş tutub və finalda “Barselona” “Real”ı 5:2 hesabı ilə məğlub edib.
© Copyright 2025, All Rights Reserved