İspaniyanın qələbə topçusu satqın elan edildi!

İspaniyanı Avropa çempionatında qalib edən qolu vuran futbolçu Mikel Oyarzabal anasının yaşadığı qəsəbədə satqın elan edilib.
90plus.az xəbər verir ki, "Real Sosyedad" klubunun oyunçusu İngiltərəyə vurduğu qolla İspaniyada qəhrəman olub.
Lakin Bask vilayətinin Ellorio bələdiyyəsində Oyarzabal və İspaniya millisində çıxış edən başqa bir bask oyunçusu Merino üçün pankart asılıb. Bannerin üzərində İspaniya bayrağının üzərindən xətt çəkilib və "İspaniya millisində oynamağa yox" yazılıb. Bannerin altındakı divarda isə bask dilində belə yazılıb:
"Oyarzabal və Merinos satqınlar" FOTO:
Mənbə: Haber Global
© Copyright 2025, All Rights Reserved