İsrailli səfir "Qarabağ"ı təbrik etdi

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Krausz “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
90plus.az xəbər verir ki, səfir bu barədə sosial şəbəkədə – “X” platformasında paylaşım edib.
O, qarşılaşmanı stadiondan izlədiyini və bu anlara şahidlik etməkdən böyük məmnunluq duyduğunu bildirib:
“Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu canlı izləmək və 30 min Qarabağ azarkeşi ilə bu böyük uğuru birlikdə qeyd etmək mənim üçün böyük qürurdur. Çempionlar Liqasının qrup mərhələsində sizə uğurlar arzulayıram. İrəli, Qarabağ! İrəli, Azərbaycan!”
Qeyd: İsrailin yeni təyin olunmuş səfiri Ronen Krausz ötən ay Azərbaycana gəlib.
© Copyright 2025, All Rights Reserved